Bakıda mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO

Bakıda mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO

Bakıda mebel istehsalı sexinin fəaliyyəti dayandırılıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti məlumat yayıb.

Belə ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 6 ünvanında yerləşən Hüseynov Adil Əliş oğluna məxsus mebel istehsalı sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürən vasitələrlə təchiz edilməyib;

- obyektdə mövcud odsöndürən balonların tərkibi dəyişdirilərək yenisi ilə əvəzlənməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib;

- obyektdə istifadə olunan elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə məqsədilə qoruyucu aparatlarla təmin edilməyib;

- obyektdə izolyasiyası zədələnmiş və nasaz elektrik avadanlıqlarından istifadə olunur.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 6 ünvanında yerləşən Hüseynov Adil Əliş oğluna məxsus mebel istehsalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

"Cebhe.info"