ABŞ “Skandinaviya müqavimət hərəkatı”nı terror təşkilatı kimi tanıdı

ABŞ “Skandinaviya müqavimət hərəkatı”nı terror təşkilatı kimi tanıdı

ABŞ Dövlət Departamenti İsveçdə yerləşən “Skandinaviya müqavimət hərəkatı”nı (NRM) və onun üç liderini “Xüsusi təyin olunmuş qlobal terrorçular” kimi tanıdığını açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, ABŞ Dövlət Departamenti etnik səbəblərə görə zorakılıq təhlükəsinə diqqət çəkib.

Açıqlamada ABŞ-nin Avropalı tərəfdaşları ilə məsləhətləşdikdən sonra “NRM”-i terror təşkilatı kimi tanımaq qərarına gəldiyi, hərəkatın və onun 3 liderinin “Xüsusi olaraq təyin edilmiş qlobal terrorçular” kimi tanındığı bildirilib.

Nigar Hacılı 
"Cebhe.info"