Bu ölkədə kömür mədəni çökdü: 9 ölü

Bu ölkədə kömür mədəni çökdü: 9 ölü

Kolumbiyanın Kundinamarka ştatında kömür mədənində baş verən partlayışda 9 işçi həyatını itirib, 6 işçi yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Kolumbiya Milli Mədən Agentliyi ölkənin Kundinamarka ştatında "Carbonera Los Pinos" şirkəti tərəfindən idarə olunan "La Ciscuda" kömür mədənində partlayış baş verdiyini bildirib.

Hadisə nəticəsində 9 işçinin həyatını itirdiyi, 6 işçinin isə yaralandığı qeyd edilib.

Mədən agentliyi qəzanın qaz yığılması səbəbindən baş verə biləcəyini vurğulayıb.Agentlik bildirib ki, mədən obyektinə 9 aprel tarixində edilən səfər zamanı metan da daxil olmaqla bəzi qazlar aşkar edilib və bunların təhlükəli səviyyəyə çata biləcəyi barədə xəbərdarlıq edilib.

Qəzada yaralanan 6 işçi bölgədəki xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb. Şirkət hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"