Güneyli fəallara qarşı repressiya davam edir

Güneyli fəallara qarşı repressiya davam edir

Həbsdə olan güneyli vəkil döyülərək karantin bölməsinə köçürülüb.

"Cebhe.info" xəbər verir ki, İranın paytaxtı Tehran şəhərində yerləşən Evin həbsxanasında saxlanılan güneyli milli fəal, vəkil Tahir Nəqəvi repressiv qüvvələr tərəfindən zorakılığa məruz qaldıqdan sonra karantin bölməsinə köçürülüb.

Məlumata görə, milli fəal ağır şəkildə döyülməklə yanaşı təhqir də edilib.

Qeyd edək ki, dörd aydan çoxdur ki, Evin həbsxanasında saxlanılan Tahir Nəqəvi, Hüseyn Piri və bir sıra digər güneyli siyasi məhbuslar İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) repressiv qüvvələrinin qanunsuz davranışlarına etiraz olaraq aclıq aksiyasına başlayıblar.

Hüquqşünasın döyülüb və karantin bölməsinə salınmasının bununla bağlı olduğu ehtimal edilir.

Yunis Abdullayev 
"Cebhe.info"