Hicabı açan qız əxlaqsızlığın təlbliği ittihamı ilə həbs edilib

İranda etiraz aksiyasında baş örtüyünü açan gənc qıza 10 il həbs cəzası verilib.
Cebhe.info xəbər verir ki, 17 oktyabrda Tehranın Mirdamad məhəlləsində yaylığını açdığı üçün həbs edilən Məhsa Piruy 10 il azadlıqdan məhrum edilib.
Tehran məhkəməsi ona qarşı "fahişəliyi təbliğ etmək" ittihamı irəli sürüb.
Qeyd edək ki, bir müddət öncə məcburi hicab qaydalarına dəyişiklik ediləcəyi barədə danışan Tehran rəsmiləri yenidən məcburi hicaba riayət etməyənlərə qarşı sərt cəzalar veriləcəyini açıqlayıblar.
Aylin
Cebhe.info