Kadırov ölür?

Kadırov ölür?

Təqaüdə çıxmaq istədiyini açıqlayan Çeçenistan rəhbəri Ramzan Kadirovun xəstə olduğu iddia edilib. Kadırov "Telegram" kanalında səhhəti ilə bağlı şayiələrə cavab verib.

"Cebheinfo.az" xəbər verir ki, Çeçenistan rəhbəri  xəstəlik və ölümün hər bir insanın taleyi oldğunu deyib. "Haqqımda söz-söhbətlər çoxalıb ki, ölürəm, yeriyə bilmirəm. Birincisi, xəstəlik, ölüm hər kəsin sonudur. İkincisi, bu, ölüm təhlükəsi deyil. Nə qədər yaşayacağımı yalnız Allah bilir. Mənim üçün 50, 60, 70 il yaşamaq yazılıbsa, o müddəti bir gün də belə qısalda bilməz", - o deyib.

Kadırov bundan əvvəl də oxşar şayiələri təkzib etmişdi. 2023-cü ildə o, Qroznıda gəzərkən çəkdiyi videonu paylaşıb və internetdə nəyin real, nəyin saxta olduğunu ayırd edə bilməyənlərə açıq havada gəzməyi tövsiyə etmişdi.

Mayın əvvəlində Kadırov Prezident Vladimir Putindən tutduğu vəzifədən istefa verməsini xahiş etdiyini və xahişinin təmininə ümid etdiyini açıqlayıb.

Lakin o, Kremldəki görüşdən sonra Putindən müsbət cavab almadığını bəyan edib.  Kadırov çıxışını "Hələ işləyirik. Ali Baş Komandanın əmri altındayıq",- deyərək yekunlaşdırıb.

Nigar Hacılı 
"Cebheinfo.az"