Keçmiş diplomat Rəisi ilə bağlı paylaşım etdi

Keçmiş diplomat Rəisi ilə bağlı paylaşım etdi

“İranın qonşuluq siyasətində rasionallıq, strateji səbir və diplomatiya imkanı güclü olmaqla yanaşı, xüsusi yer tutur”.

“Cebhe.info” xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvi “X” hesabında yazıb.

O, fikirlərini belə əsaslandırıb: “İranın demək olar ki, 15 qonşu ölkəsinin hamısının həlak olan prezidentin (İbrahim Rəisi) və xarici işlər nazirinin (Hüseyn Əmir Abdullahiyan) anım mərasimində yüksək səviyyədə iştirak etməsi hökumətin ağıllı siyasətinin bəhrəsini göstərir”.

Elmir 
“Cebhe.info”