Bakıda avtomobil 77 yaşlı qadını vurub
![Bakıda avtomobil 77 yaşlı qadını vurub](/uploads/images/2024/05/720x400/17164447961775925942664ede7c47f01.png)
Bakının Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, metronun "Sahil" stansiyasının yaxınlığında yolu keçən 1947-ci il təvəllüdlü Mükafat Qurban qızı Fərəcovanı avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebhe.info"