Lənkəranda mağazada partlayış: Yaralı var - FOTO

Lənkəranda mağazada partlayış: Yaralı var - FOTO

Lənkəranda partlayış olub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Lənkəran rayonunun Şovu kəndində mağazaların birində baş verib.

Belə ki, partlayış satıcı Mahir Cəbrayılov işlədiyi mağazanı açıb elektrik avadanlıqlarını işə salarkən olub.

Güclü partlayışda mağazanı qapı və pəncərələrini yerindən çıxıb, tavanını dağılıb. Mahir Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, partlayışa soyuduculardan birinin qaz balonunun sıradan çıxmasının səbəb olduğu bildirilir. Kənd sakinlərinin sözlərinə görə, mağazanın qarşısından qaz kəməri keçir.

Fakt üzrə araşdırma davam etdirilir.

"Cebheinfo.az"