Qaradağda qəza: Sərnişin sıxılı vəziyyətdə qaldı - VİDEO

Qaradağda qəza: Sərnişin sıxılı vəziyyətdə qaldı - VİDEO

Qaradağ rayonu, Sahil qəsəbəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarında park edilmiş “KamAz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və “Mercedes” markalı yük avtomobilinin sərnişini deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 1957-ci il təvəllüdlü Piriyev Mirbəşir Qədir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

"Cebheinfo.az"