Modriçə kim yiyə duracaq, Messinin klubu?

"Real"dan ayrılmağa hazırlaşan Luka Modriç Kriştiano Ronaldo və ya Lionel Messinin komanda yoldaşı ola bilər.
Yenisabah.az xəbər verir ki, 39 yaşlı futbolçu 2025-ci il klublararası dünya çempionatından sonra azad agent kimi "Real"dan ayrılacaq.
Modriçə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və ABŞ-ın "İnter Mayami" klublarından transfer təklifləri gəlib. Bundan başqa, yarımmüdafiəçi ilə Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu və bir neçə Braziliya təmsilçisi də maraqlanır.
Xorvatiyalı uzun müddətdir ki, Ronaldo ilə eyni komandada oynamaq üçün “Əl-Nəsr”ə keçmək imkanını müzakirə edir. Lakin onun ailəsi ABŞ-a köçməyi daha məqsədəuyğun variant hesab edir.
Modriç 2012-ci ildən "Real"da oynayır. Bu müddət ərzində yarımmüdafiəçi klubla 28 kubok qazanıb. Luka komandanın heyətində 590 matçda 43 qol vurub və 95 məhsuldar ötürmə verib.
"Cebheinfo.az"