Lirə bu gün də ucuzlaşıb
![Lirə bu gün də ucuzlaşıb](/uploads/images/2024/05/720x400/1716445622533039708664ee1b6f208e.jpg)
Türkiyə valyuta birjalarında dollar və avro günə bahalaşma ilə başlayıb.
“Cebhe.info” xəbər verir ki, dollar 0.05, avro isə 0.37 faiz dəyər qazanıb. Hazırda 1 dollar 32.19, 1 avro isə 34.98 lirə səviyyəsində qərarlaşıb.
Lirə Azərbaycan manatı ilə müqayisədə isə sabit qalıb. Hazırda 1 manat 18.93 lirəyə təklif olunur.
Qeyd edək ki, bu məzənnələr yalnız birjalarda keçərlidir.
Vilayət Muxtar
“Cebhe.info”