Hikmət Hacıyev Laçından paylaşım etdi

Hikmət Hacıyev Laçından paylaşım etdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Laçından paylaşım edib.

"Cebheinfo.az" xəbər verir ki o, "X" hesabında videogörüntü paylaşıb.

"Vaxtilə 30 illik işğal və vandalizm nəticəsində eybəcər hala salınan, indi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa olunan və Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilən, öz gözəlliyi ilə valeh edən Laçın şəhəri bu gün - Azərbaycanın Müstəqillik Günündə üç qardaş ölkənin: Azərbaycan, Pakistan və Türkiyənin zirvə toplantısına qürurla ev sahibliyi edir!" - deyə paylaşımda bildirilib.

"Cebheinfo.az"