"20 Yanvar"-da mağazalar niyə bağlandı?

Bu gün səhər saatlarında Bakı metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.
“Cebheinfo.az”-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, mağazaların bağlanmasına səbəb dezinfeksiya işlərinin görülməsidir.
Adının çəkilməsini istəməyən mağaza sahibi açıqlamasında deyib ki, mağazaların müvəqqəti olaraq bağlandığını deyiblər:
“20 Yanvar” metrostansiyasının çıxışından minlərlə insanlar getməsinə baxmayaraq, qazancımız heç də yüksək olmayıb. Elə gün olurdu ki, heç bir paltar, ayaqqabı sata bilmirdik. Ucuz satsaq belə alıcı qıtlığı hər zaman olub. Söz veriblər ki, qısa müddət ərzində açılacaq. Bizdə ümüd edirik ki, dedikləri kimi olar”.
Həsən Məmmədov
“Cebheinfo.az