"Məmməd" və "Mamed"lə bağlı son qərar açıqlandı - RƏSMİ + VİDEO

Bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə Azərbaycanda uşaqlara bəzi adların qoyulmasının qadağan olunması ilə bağlı məlumatlar yayılıb.
Belə ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına istinadən yayılan xəbərdə ölkədə “Mamed” və “Məmməd” adlarının qadağan olunduğu vurğulanıb.
Eyni zamanda, bununla bağlı “ASAN xidmət” mərkəzlərinə müfaviq tapşırıqlar verildiyi bildirilib.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin baş məsləhətçisi Nahid Səfərli qeyd edib ki, uşaqlara bu adların verilməsi ilə bağlı heç bir qadağa yoxdur:
"Hazırda uşaqlara "Məmməd" və "Mamed" adlarının verilməsinin qadağan edilməsi ilə bağlı mətbuatda yayılmış məlumatlar həqiqəti əks etdirmir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarının tələblərinə uyğun olaraq uşağın mənafeyinə xələl gətirə biləcək və ya şəxsin cinsinə uyğun olmayan gülünc adın verilməsinə yol verilmir.
Bu baxımdan Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində, o cümlədən "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən qeydiyyat şöbələrində uşaqlarına "Məmməd", "Mamed" kimi adların verilməsi ilə bağlı vətəndaşların müraciəti təmin edilir və hər hansı məhdudlaşdırılmaya yol verilmir".
Günay Şahmar
Cebhe.info