Bu rayonun bir neçə kəndində qaz kəsiləcək

Oğuz rayonunun bir neçə kəndinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, rayonun Kərimli kəndi ərazisində D=219 mm-lik yerüstü orta təzyiqli daşıyıcı qaz xətti üzərində ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Xaçmaz, Xaçmaz Qışlaq, Dəymədərə, Sincan, Tərkeş, Dəymədağlı, Böyük Söyüdlü və Qarabulaq kəndlərində ümumilikdə 2 244 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa olunacaq.
"Cebheinfo.az"