Səbinə Salmanova şəhid və qazi ailələrini ziyarət edib

Səbinə Salmanova şəhid və qazi ailələrini ziyarət edib

Milli Məclisin deputatı Səbinə Salmanova 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar köməkçiləri ilə birlikdə şəhid və qazilərimizin ailələrini, deputat seçildiyi dairənin hüdudlarında yaşayan aztəminatlı ailələri ziyarət edib,  onların qayğıları ilə maraqlanıb.

“Cebheinfo.az” xəbər verir ki, millət vəkili ziyarət zamanı Vətən uğrunda böyük şücaət və rəşadət nümunəsi ortaya qoyan igidlərimizin ailələrinə belə qəhrəman oğullar böyütdükləri üçün təşəkkürünü çatdırıb, bayramlarını təbrik edib.

“Bayramı qəhrəmanlarımızın ailə üzvləri ilə birlikdə qeyd etmək qürurvericidir.  Bir daha hər birinizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Yeni təqvim ili dövlətimiz və millətimiz üçün düşərli, uğurlu olsun!”,-deyə deputat bildirib.

“Cebheinfo.az”