Gorusda iyunun 2-də Fransa konsulluğu açılacaq

Gorusda iyunun 2-də Fransa konsulluğu açılacaq

İyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək və həmin gün Qərbi Zəngəzurda Fransa konsulluğunun açılış mərasimi olacaq. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazıb.

“Rusiya 2023-cü ildən Sünikdə konsulluq açmağa çalışsa da, Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə bu səyləri boşa çıxarır. Fransanın bir neçə ay əvvəl dilə gətirdiyi istəkləri isə yaxın günlərdə reallaşacaq. Konsul vəzifəsinə “Gorus Frankofonları İttifaqı” ictimai təşkilatının rəhbəri Karmen Apunts təyin ediləcək.

Artıq ekspertlər belə fikirlər səsləndiriblər ki, Fransanın Sünikdəki konsulluğu sırf hərbi, kəşfiyyat məqsədi daşıyacaq, kollektiv Qərbə xidmət edəcək”,-deyə nəşr qeyd edir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”