Lavrov danışıqlarla bağlı nələr dedi?

Lavrov danışıqlarla bağlı nələr dedi?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqların yeni raundunun tarixinin yaxın zamanda elan ediləcəyini bəyan edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

"Birbaşa danışıqların növbəti raundunun tarixi ən yaxın vaxtda elan ediləcək", - o bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların ilk raundu mayın 16-da İstanbulda keçirilib.

"Cebheinfo.az"