Ukraynanın 296 PUA-sı vuruldu

Ukraynanın 296 PUA-sı vuruldu

Rusiya Ukraynanın 296 pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum etdiyini açıqlayıb.

296 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, onların Moskva, Bryansk, Belqorod, Vladimir, Voronej, İvanovo, Kaluqa, Kursk, Oryol, Ryazan, Smolensk, Tver və Tula vilayətləri üzərində vurulduğu bildirilib.

Digər tərəfdən, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) ölkənin bir çox hava limanında təyyarələrin eniş və qalxmasına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Moskva meri Sergey Sobyanin öz Telegram kanalında PUA-nın hücumu nəticəsində şəhərdə ciddi dağıntı və insan tələfatının olmadığını bildirib.
Rusiya Müdafiə Nazirliyi ötən gün Ukraynanın bəzi Avropa ölkələrinin dəstəyi ilə təxribat xarakterli addımlar atdığını və son bir həftə ərzində Ukraynaya məxsus 2331 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"