129 azərbaycanlı Macarıstanda təqaüdlə təhsil alacaq

129 azərbaycanlı Macarıstanda təqaüdlə təhsil alacaq

2024-2025-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində 129 azərbaycanlı təhsil almaq imkanı qazanıb.

Bu barədə "Cebhe.info"ya Elm və Təhsil Nazirliyindən bildirilib.

Qəbul prosesi “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq həyata keçirilib.

"Cebhe.info"