İki həftə əvvəl itkin düşən qız tapıldı

İki həftə əvvəl itkin düşən qız tapıldı

Mayın 11-də Masallıda itkin düşən qız tapılıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxsin paytaxt ərazisində olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Masallının Çaxırlı kənd sakini olan 2007-ci il təvəllüdlü Ş. Fətullayeva saat 23 radələrində yaşadığı evdən çıxaraq itkin düşmüşdü.

"Cebheinfo.az"