Tarixdə bu gün: ADR-in müstəqilliyi tanınması, insulindən istifadə...

İlin hər günü baş verən önəmli hadisələrlə tarixə yazılır.
“Cebheinfo.az” 11 yanvarı tarixə yazan önəmli hadisələri təqdim edir:
*1919-cu ildə Rumıniya Transilvaniyanı tutub;
*1920-ci ildə Azərbaycan Demokratik Respublikasıın müstəqilliyi Versal Sülh Konfransının Ali Şurasında tanınıb;
*1922-ci ildə ilk dəfə olaraq diabet xəstələrini müalicə etmək üçün insulindən istifadə edilib;
*1935-ci ildə Ameliya Erhart Havay adalarından Kaliforniyaya uçuş həyata keçirib;
*1940-ci ildə Sergey Prokofyevin "Romeo və Cülyetta" baletinin premyerası olub;
*1942-ci ildə İkinci dünya müharibəsinin gedişində Yaponiya Kuala-Lumpuru ələ keçirib;
*1972-ci ildə Şərqi Pakistanın adı dəyişdirilərək Banqladeş adlandırılıb.
Vilayət Muxtar
“Cebheinfo.az”