Ermənistanda rusiyalı hərbçi özünü GÜLLƏLƏDİ

Ötən gün Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında hərbçi özünü güllələyib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.
Bildirilib ki, 2002-ci il təvəllüdlü Aleksey G. başından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Rusiyalı hərbçi hazırda Reanimasiyada komadadır, vəziyyəti ağırdır.
"Cebheinfo.az"