Tramp bu ölkəyə də vergi tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp avqustun birindən etibarən Kanadadan gələn məhsullara tariflərdən əlavə 35 faiz gömrük vergisi tətbiq ediləcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Tramp bu qərarını “Truth Social” sosial media hesabında Kanadaya ünvanladığı tarif məktubunu paylaşaraq bəyan edib.
O, məktubun ABŞ-nin cavab tədbirlərinə baxmayaraq Kanada ilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarının göstəricisi olduğunu bildirib.
Tramp Kanada ilə yaşanan fentanil böhranı ilə mübarizə çərçivəsində gömrük vergisi tətbiq olunduğunu xatırladıb.
Tramp Kanadanın bu addıma qarşılıq olaraq əməkdaşlıq etmək yerinə cavab tədbiri ilə reaksiya verdiyini vurğulayıb və “1 avqustdan etibarən Kanadadan ABŞ-yə göndərilən məhsullara tariflərdən əlavə 35 faiz gömrük vergisi tətbiq olunacaq” ifadəsini işlədib.
O qeyd edib ki, yüksək tariflərdən qaçmaq üçün başqa ölkələr üzərindən yönləndirilən mallar daha yüksək tariflərə məruz qalacaq.
Kanadalı şirkətlərin ABŞ daxilində istehsal fəaliyyəti göstərmələri halında gömrük vergisi tətbiq olunmayacağını və bununla bağlı təsdiq proseslərinin sürətləndiriləcəyini də açıqlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"