Pensiya yaşı ARTIRILACAQ

Pensiya yaşı ARTIRILACAQ

Danimarka Parlamenti pensiya yaşını 2040-cı ilə qədər 70-ə qaldıran qanunu qəbul edib. 

Bu qərarla Danimarka Avropada ən yüksək pensiya yaşına malik ölkə olacaq.

"Cebheinfo.az" xəbər verir ki, Danimarka 2006-cı ildən etibarən pensiya yaşını gözlənilən ömür uzunluğuna görə müəyyən edir və bu yaş həddini hər beş ildən bir yenidən nəzərdən keçirir.

Hazırda 67 olan qanuni pensiya yaşı 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a yüksələcək.Yeni qaydaya əsasən, pensiya yaşı 1971-ci il yanvarın 1-də və ya ondan sonra doğulan hər kəs üçün 70 olacaq.Qanun cümə axşamı 81 "hə" və 21"xeyr" səsi ilə təsdiqləndi.

Son həftələr paytaxt Kopenhagendə həmkarlar ittifaqlarının rəhbərliyi ilə pensiya yaşının artırılmasına qarşı etiraz aksiyaları keçirilib.

Səsvermədən əvvəl danışan Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının Prezidenti Jesper Ettrup Rasmussen pensiya yaşının artırılmasını “tamamilə ədalətsiz” adlandırıb:

"Danimarkanın iqtisadiyyatı güclüdür, lakin biz hələ də Aİ-də ən yüksək pensiya yaşına sahibik. Bu, insanların layiqli qocalıq hüququnu əlindən alır".

Nigar Hacılı 
"Cebheinfo.az"