Yəməndə İsrail və ABŞ-nin hücumlarına etiraz

Yəməndə İsrail və ABŞ-nin hücumlarına etiraz

Beynəlxalq Qüds Günü münasibətilə Yəmənin paytaxtı Sənada keçirilən nümayişdə 10 minlərlə insan İsrailin Qəzzaya və ABŞ-nin Yəmənə hücumlarına etiraz edib.

"Cebheinfo.az" xəbər verir ki, husilərin nəzarətində olan Sənanın Sebin meydanına 10 minlərlə insan Beynəlxalq Qüds Gününü qeyd etmək üçün toplaşıb.

Nümayişçilər “Ramazan ayının son cüməsi Qüds Günüdür”, “Müqəddəs İslam şəhərini Quran və bayraqlarla xilas edəcəyik”, “İsrail xərçəngdir, ABŞ böyük şeytandır” şüarları səsləndiriblər.

Etiraz aksiyasında edilən açıqlamada Beynəlxalq Qüds Günündə İsrailin Qəzzada, ABŞ-nin isə Yəməndə hücumlarını davam etdirdiyi vurğulanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"