Bu şəxslər Naxçıvandan quru yolla keçə bilər – YENİ QAYDALAR

Bu şəxslər Naxçıvandan quru yolla keçə bilər – YENİ QAYDALAR

Naxçıvanla Türkiyə arasındakı quru yolların bağlanması ciddi etirazlara səbəb olub.

Cebhe.info xəbər verir ki, müəyyən edilmiş qaydalara əsasən, Naxçıvanla Türkiyə arasında Dilucu sərhəd-gömrük məntəqəsindən aşağıdakı kateqoriyadan olan şəxslər quru yolla keçə bilər:

-Naxçıvan Muxtar Respublikasında və Türkiyədə təhsil alan türk və azərbaycanlı tələbələr
-Xaricə təcili səfər tələb edən, üzərindəki sənədlərlə sübüt edilmiş vacib səbəblər olduqda sahibkarlar
-Türkiyədən Naxçıvana şəxsi nəqliyyat vasitəsi ilə getmək istəyən Naxçıvan sakinləri
-Naxçıvandan Türkiyəyə səyahət etmək istəyən Türkiyə və üçüncü ölkə vətəndaşları
-Naxçıvan sakinləri ilə rəsmi nikahda olan Türkiyə vətəndaşları
-Naxçıvan sakinləri və Türkiyədə və ya Naxçıvanda müalicə olunmaq istəyən Türkiyə vətəndaşları - (müvafiq sənədlər təqdim edildikdə).

Qeyd edək ki, məlumatı politoloq Yeganə Hacıyeva paylaşıb.

Cebhe.info