“VAZ-2107” qəza törədib: Sürücü ölüb - FOTOLAR

“VAZ-2107” qəza törədib: Sürücü ölüb - FOTOLAR

İsmayıllıda avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, mayın 28-də saat 04 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində “VAZ-2107” markalı avtomobil yolun təmir gedən hissəsində dayanan ağır tonnajlı texnikaya çırpılıb.

Nəticədə “VAZ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

"Cebheinfo.az"