Leyla Abdullayeva səfir təyin olunmasından yazdı

Leyla Abdullayeva səfir təyin olunmasından yazdı

“Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyinata görə, Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

Cebhe.info xəbər verir ki, bu barədə Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilən Leyla Abdullayeva tviterdə paylaşım edib.

“Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm”,-deyə o yazıb.

Cebhe.info