“Qızıl amnistiya” ola bilər - VƏKİL

“Qızıl amnistiya” ola bilər - VƏKİL

“Heydər Əliyev İli” kimi qeyd edilən 2023-c ildə “Qızıl amnistiya” ola bilər.

Bu barədə Cebhe.info-ya hüquqşünas Əsabəli Mustafayev məlumat verib. O, əfv sərəncamlarının adətən, Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Novruz bayramı münasibəti ilə imzalandığını deyib:

“Amnistiyanın belə bağlılığı yoxdur. Amma o da müəyyən əlamətlər tarixlərlə bağlı verilib”.

Xatırladaq ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ilk Amnistiya Aktı Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində, 1993-cü ildə verilib.

Sonuncu Amnistiya Aktı isə 2021-ci ildə qəbul edilib. Milli Məclis 5 noyabr 2021-ci ildə “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan olunması haqqında” Qərar qəbul edib. Həmin qərar 9263 nəfərə tətbiq edilib. Ölkədə indiyədək ümumilikdə 10-dan çox Amnistiya Aktı, 68 əfv sərəncamı olub.

Günay Şahmar
Cebhe.info