Anasını qorumaq üçün atasını öldürən Mircamal da azadlığa çıxdı

Anasını qorumaq üçün atasını öldürən Mircamal da azadlığa çıxdı

Masallı rayonunun Seybatin kəndində atasını qətlə yetirmiş Mircamal da azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, 2015-ci ildə həbs edilən Mircamal Həmidov 10 il sonra azadlığa çıxıb.

Xatırladaq ki, 1995-ci il təvəllüdlü Mircamal Həmidov atası, 1964-cü il təvəllüdlü Kamal Həmidovu 2015-ci ilin yanvar ayında qətlə yetirmişdi.

Mircamal atasını qətlə yetirməsinin səbəbi kimi anasının tez-tez döyülməsini göstərmişdi. O, anasını müdafiə edərək atasını qətlə yetirmişdi. Mircamal qətli törədəndə 20 yaşı var idi.

"Cebheinfo.az"