Mərkəzi Bankın dövriyyədəki notları azalıb

Mərkəzi Bankın dövriyyədəki notları azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının həcmi açıqlanıb.

“Cebheinfo.az” xəbər verir ki, bu haqda AMB özü məlumat yayıb.

Məlumata görə, hazırda AMB-nin dövriyyədə olan notlarının həcmi 223 milyon 200 min manat təşkil edir.

Qeyd edək ki, əvvəlki tarixdə (18 dekabr) bu rəqəm 225 milyon 700 min manat olub.

Bu isə AMB-nin dövriyyədəki notlarının həcminin 2 milyon 500 min manat azalması deməkdir.

Vilayət Muxtar
“Cebheinfo.az”