İlon Mask “X Money” layihəsindən DANIŞDI

İlon Mask sosial şəbəkə və maliyyə xidmətlərini birləşdirəcək “X Money” layihəsi ilə bağlı açıqlama verib.
"Cebheinfo.az" xəbər verir ki, Mask bu platforma üzərindən insanların maliyyə əməliyyatları aparacağını deyib.
“İnsanların əmanətləri məsələyə çevriləndə çox ehtiyatlı davranmaq lazımdır”, - deyə Mask bildirib.
Hazırda “X Money”in beta testi çox az sayda istifadəçi ilə həyata keçirilir. Layihənin 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır, amma bəzi sızmalara görə bu tarix daha erkən ola bilər.
Bildirilir ki, şirkət artıq ABŞ-nin 41 ştatında pulköçürmə lisenziyası alıb.
Qeyd edək ki, Mask bu ideyanı ilk dəfə 2022-ci ildə "Twitter"-i aldıqdan sonra açıqlayıb.
Qısa müddət sonra "Twitter" “X” adını aldı. Hədəf sosial media, media və maliyyə xidmətlərini bir platformada birləşdirməkdir. Kriptovalyuta, xüsusilə "Bitcoin" dəstəyi də gözlənilir.
Bildirək ki, layihə siyasi dairələrdə də diqqət çəkib. ABŞ Prezidenti Donald Tramp yanvar ayında İlon Maskı zarafatla “Hökumət Effektivliyi Departamenti İşçi Qüvvəsinin Optimallaşdırılması Təşəbbüsü”nün (DOGE) rəhbəri təyin etdiyini bildirib. Bu, onun sevimli "Dogecoin"-ə eyhamıdır.
Demokrat senator Elizabet Uorren isə daha sərt çıxış edərək deyib ki, Mask "X" platformasında insanların maliyyə məlumatlarını toplayaraq itkilərini örtmək istəyir və bu İstehlakçı Maliyyə Müdafiəsi Bürosu üçün təhlükə yaradır.
Səbinə Uğur
"Cebheinfo.az"