İsti hava infarkt riskini artırır

İsti hava infarkt riskini artırır

Həddindən artıq isti hava ürək xəstələri üçün ciddi sağlamlıq riskləri yarada bilər.

"Cebhe.info" xəbər verir ki, bu risklərə infarkt, ürək çatışmazlığı və ani ölüm daxildir.

İsti havalarda bədəni sərinləmək üçün ürək daha çox işləməli olur. Bu, ürək xəstəliyi olan insanlar üçün əlavə yük yarada və infarkt və ya ürək çatışmazlığı riskini artıra bilər.

İsti hava da ürəyin fəaliyyətini çətinləşdirə bilər. Ürək xəstələrinin isti havalarda özlərini qorumaq üçün görə biləcəyi bəzi sadə ehtiyat tədbirləri var. 

Bunun üçün davamlı olaraq maye qəbulu, Günəş işığına çox məruz qalmamaq, bədəni sərin saxlayacaq geyimlərdən istifadə etmək, mümkün qədər axşam saatlarında yürüyüş etmək lazımdır.

Naibə
"Cebhe.info"