Vatsapdan yenilik

Vatsapdan yenilik

Vatsapda foto və videoları standart olaraq HD formatda göndərməyə imkan verən yeni funksiya var.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, vatsap standart olaraq HD keyfiyyətində media faylları ötürmək imkanını təqdim edib. Bildirilir ki, proqram parametrlərində “Məlumat və yaddaş” bölməsində standart olaraq HD formatında foto və ya videoların ötürülməsini təyin etmək lazımdır. Bunun üçün parametri yalnız bir dəfə qurmaq lazımdır və bu, multimedia fayllarını hər dəfə köçürəndə aktiv olacaq.

Materialda qeyd olunur ki, indiyədək keyfiyyəti qorumaq üçün foto və ya videolar sənəd formatında ötürülməli idi. HD keyfiyyətində foto və videoların ötürülməsi funksiyası artıq standart olaraq iOS əməliyyat sisteminə əsaslanan cihazların istifadəçiləri üçün əlçatandır.\“Qafqazinfo” 

"Cebhe.info"