ABŞ: “Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluğu...”

ABŞ: “Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluğu...”

 ABŞ Dövlət Departamenti Ermənistanın KTMT-dən mümkün çıxışı ilə bağlı Vaşinqtonun mövqeyini təqdim edib.

“Cebhe.info” xəbər verir ki, Dövlət Departamenti “Amerikanın Səsi”nin erməni xidmətinin sorğusuna cavab verib.

“Bunu Ermənistan hökuməti qərar verməlidir və biz buna hörmət edirik. Biz Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə kömək etdiyini göstərən heç nə görmədik”, - deyə Dövlət Departamenti qeyd edib.

Xəzər
“Cebhe.info”