Ukrayna səfirindən Azərbaycana bayram ARZUSU
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.
"Cebheinfo.az" xəbər verir ki, paylaşımda deyilir:
“Ukrayna bizim strateji tərəfdaşlığımızı, ortaq tariximizi, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirir. Azərbaycan xalqına sülh, firavanlıq, birlik arzulayıram!”.
"Cebheinfo.az"