Ekvadorda prezident seçkilərinin ikinci turu keçiriləcək

Ekvadorda prezident seçkilərinin ikinci turu keçiriləcək.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, dövlət başçısı postuna ölkənin hazırkı lideri Daniel Noboa və Milli Assambleyanın (parlament) keçmiş deputatı Luisa Qonzales iddialıdır.
Fevralın 9-da keçirilən birinci turda Noboa 44,17 faiz, Qonzales isə 44 faiz səs toplayıb. Son sorğular namizədlər arasındakı fərqi statistik səhvdən çox göstərməyib.
Ekvadorda keçirilən son prezident seçkilərindən iki ildən az vaxt keçir. Həmin vaxt o vaxtkı dövlət başçısı Gilyermo Lasso parlamenti buraxmaq məqsədi ilə erkən səsvermə təyin etdi. 2023-cü ilin oktyabrında keçirilən seçkilərin ikinci turunda ölkənin ən zəngin iş adamlarından birinin oğlu Noboa keçmiş prezident Rafael Korreanın (2007-2017-ci illərdə dövlət başçısı olub) hökumətində müxtəlif vəzifələrdə çalışan Qonzaleslə qarşılaşıb. O zaman fərq 3,66 faiz idi.
"Cebheinfo.az"