İran yola gəlir

İran yola gəlir

İran 2015-ci il nüvə sazişinin tələb etdiyi uranın zənginləşdirilməsi səviyyəsinə qayıda bilər. Ancaq ABŞ bir neçə şərtə əməl etsə, bu mümkündür. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” İran və Avropa rəsmilərinə istinadən yazır.

“İran 2015-ci il razılaşması ilə icazə verilən nüvə zənginləşdirmə səviyyəsinə qayıtmağa hazır olacaq”, - nəşr yazır.

Buna nail olmaq üçün Tehranın milyardlarla dollarlıq dondurulmuş aktivlərə çıxış əldə etmək, həmçinin nüvə sektoruna qarşı sanksiyaların yumşaldılmasını və ABŞ-ın Çində İran neftinin alıcılarına təzyiqinə son qoyulmasını istədiyi bildirilir.

Xəzər
“Cebheinfo.az”