4 ayda yarım milyon nəfər imtahanda iştirak edib - AZƏRBAYCANDA

4 ayda yarım milyon nəfər imtahanda iştirak edib - AZƏRBAYCANDA

"2025-ci ildə may ayına qədər 490430 nəfər müxtəlif imtahan prosesində iştirak edib".

"Cebheinfo.az" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar mətbuat konfrasında deyib.

O qeyd edib ki, bakalavr səviyyəsinə qəbul üzrə 103 622 abituriyent, rezidenturanın birinci cəhdinə 1 400 nəfər, dövlət qəbulu üzrə 7 318 nəfər, doktorantura üzrə 500 nəfər, tam orta təhsil səviyyəsi üzrə 126 691, ümumorta təhsil buraxılış imtahanı üzrə 164 min, sertifikasiya üzrə 7 649, Azərbaycan dili imtahanında 7 min, digər imtahanlarda 3386 nəfər iştirak edib.

Nigar

"Cebheinfo.az"