Evinə girib 26 yaşlı oğlanı bıçaqladı

Dünən İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayon sakini 1963-cü il təvəllüdlü Kamran Abasov 26 yaşlı Əhmədzadə Seymur Umud oğlununun yaşadığı evə daxil olaraq onu bıçaqlayıb.
S.Əhmədzadə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
K.Abasov şübhəli şəxs qismində tutulub.
Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
"Cebheinfo.az"