Paytaxta 7 kq narkotik gətirmək istəyən narkokuryerlər saxlanılıb

Paytaxta 7 kq narkotik gətirmək istəyən narkokuryerlər saxlanılıb

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 49 yaşlı Yalçın Məmmədov və 46 yaşlı Rasim Nuriyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, onlardan 7 kiloqram marixuana və 949 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla Y.Məmmədov və R.Nuriyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

"Cebheinfo.az"