11 ildir axtarılan tacik Azərbaycanda saxlanıldı

11 ildir axtarılan tacik Azərbaycanda saxlanıldı

Rusiya ərazisinə bir neçə yüz kiloqramdan artıq heroin keçirməkdə təqsirləndirilən Tacikistan vətəndaşı Taqaymurod Emomov Azərbaycanda saxlanılıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı hüquq-mühafizə orqanlarına istinadən TASS yayıb. 

Bildirilib ki, hazırda onun Rusiyaya ekstradisiya olunması gözlənilir. 

Məlumata görə, T.Emomov xüsusilə külli miqdarda narkotik maddələrin dövriyyəsi ilə məşğul olmaq ittihamı ilə 11 ildən çoxdur ki, axtarışda olub.

"Cebheinfo.az"