“Oleq Bakinski” haqda yeni qərar

“Oleq Bakinski” haqda yeni qərar

Xuliqanlıq ittihamı ilə həbs edilmiş milyonçu, “Oleq Bakinski” kimi tanınan Oleq Krapivinin ilkin həbs müddəti uzadılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Hakim ibtidai araşdırmanın davam etməsini, təqsirləndirilən şəxsin istintaqdan yayınma ehtimalını nəzərə alaraq təqdimatı təmin edib. Qərara əsasən, “Oleq Bakinski”nin həbsdə saxlama müddəti daha 1 ay uzadılıb.

Qeyd edək ki, ukraynalı tanınmış milyonçu “Oleq Bakinski” üç ay əvvəl Bakıda həbs edilib. O, Rusiya vətəndaşına qarşı xuliqanlıq hərəkətləri etməkdə ittiham olunur.

"Cebheinfo.az"