Azərbaycan Kubokunda finalçılar müəyyənləşir

Azərbaycan Kubokunda finalçılar müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinalın cavab oyunları keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, oyunlar eyni günə təsadüf edəcək.

Öncə “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək. Ağdam təmsilçisi səfər oyunundakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

İkinci finalçı “Sabah” – “Neftçi” görüşündə müəyyənləşəcək. Bu komandaların ilk oyununda isə “Sabah” qalib gəlib.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
23 aprel

17:00. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev.
Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 0:1.

20:00. “Sabah” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
“Bank Respublika Arena”.
İlk oyun – 2:1.

"Cebheinfo.az"