“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer etdi

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer etdi

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

"Cebhe.info" xəbər verir ki, Bakı klubu Monteneqro millisinin və Kosovonun “Balkani” komandasının yarımmüdafiəçisi Edvin Kutsla anlaşıb.

Bu barədə 31 yaşlı oyunçunun özü açıqlama verib. “Balkani” ilə vidalaşan futbolçu karyerasını “Neftçi”də davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Edvin Kuts 2023-cü ildən çıxış etdiyi Monteneqro millisində 3 oyuna 3 qol vurub.

"Cebhe.info"