Premyer Liqada son tur başlayır

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – 36-cı turuna start veriləcək.
"Cebheinfo.az" xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.
Turun açılış oyununda elitanı tərk edəcəyi dəqiqləşmiş “Səbail” “Sumqayıt”ı qəbul edəcək.
“Şamaxı” – “Qarabağ” və “Sabah” – “Neftçi” oyunları sabah, “Turan Tovuz” – “Kəpəz” və “Araz-Naxçıvan” – “Zirə” görüşləri isə mayın 25-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
36-cı tur
23 may
“Səbail” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov.
“ASCO Arena”, 19:30.
"Cebheinfo.az"