“Xankəndi” FK Region Liqasının qalibi oldu - FOTOLAR

Mayın 22-də Qəbələ şəhər stadionunda Region Liqasının final oyunu keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, oyunda “Xankəndi” “Şirvan” klubu ilə qarşılaşıb.
Həlledici qarşılaşmada "Xankəndi" futbol klubu rəqibini 3:0 məğlub edib.
Xatırladaq ki, "Xankəndi" klubu tarixində ilk dəfədir ki, kuboka sahib olur.
“Cebheinfo.az”