Bu il iqtisadi artım nə qədər olacaq? - PROQNOZ

Bu il iqtisadi artım nə qədər olacaq? - PROQNOZ

Qlobal iqtisadi artım 2025-ci ildə sabit qalacağı gözlənilir. 

“Cebheinfo.az” xəbər verir ki, bu haqda məlumat Beynəlxalq Valyuta Fondunun (BVF) yanvar ayında dərc etdiyi “Qlobal İqtisadi İcmal” hesabatına yer alıb.

Hesabata görə, 2025 və 2026-cı illər üzrə qlobal iqtisadi artım proqnozu 3.3 faiz səviyyəsində müəyyən edilib.

Bu da 2000-2019-cu illər üzrə tarixi orta göstərici olan 3.7 faizdən də aşağıdır. 

2025-ci il üzrə qlobal iqtisadi artım proqnozu ötən hesabatla müqayisədə 0.1 faiz bəndi yuxarı olub.

Vilayət Muxtar
“Cebheinfo.az”